“Hər məmur özünə bir sayt açıb”
"Cənab Prezidentin son müşavirədə söylədiyi “Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri düşündürücü və narahatlıq doğuran məsələdir".
Bu sözləri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib.
O qeyd edib ki, ayrı-ayrı məmurların media orqanları yaratmaq istəyi geniş vüsət almasa da, əvvəllər də olub:
"Keşmiş MTN-nin təsirində olan qəzetlər vardı. Onlarda dövlət məmurları, nazirlər barədə elə kompromatlar yayılırdı ki, oxuyan kimi bu faktların media üçün əlçatanlığı şübhə doğururdu. Bu informasiyalarda xüsusi maraqlı dairələrin əl izləri aydın görünürdü. Mətbuat Şurası bu qəzetləri “qara siyahıya” salsa da, hansısa qüdrətli əl buna mane olurdu.
Yeni medianın artmasıyla ayrı-ayrı məmurların da sayt yaratması adi hala çevrildi. Çox da böyük olmayan vəsaitlə yaradılan bu yeni “ media orqanları” sifarişçilərin əlində çomağa çevrildi. İndi, az qala, hər məmur özünə bir sayt açıb. Hadisələrə münasibətini özü müəyyənləşdirən mətbuat orqanlarının sırası daralıb. Buna görə də cənab Prezidentin narahatlığını bölüşür, məmur-oliqarxların mediadan öz məqsədləri üçün istifadə cəhdlərinin məhdudlaşacağına ümid edirik".
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...
-
Prezident xalqı təbrik etdi
...
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...