“Maşın” şounun qalibinin kimliyi açıqlandı

15:11 18-10-2019 | icon 2599
“Maşın” şounun qalibinin kimliyi açıqlandı

Bir neçə saat əvvəl ATV-də yayımlanan “Maşın” realiti-şousunun “Maskarad” adlı 18-ci sürətinin qalibi məlum olduğu ilə bağlı  məlumat yaymışdıq.

Artıq avtomobili qazanan iştirakçının kimliyi də açıqlanıb. 

Bu barədə müğənni Kərim Abbasov məlumat verib. İfaçı bildirib ki, “Maşın” şounun qalibi Lalə Mustafayevadır. Kərim onu bu münasibətlə təbrik edib: “Təbriklər, Lalə. “Maşın”ın qalibi oldun”

Qeyd edək ki, müğənni Ramal İsrafilovun gedişindən sonra “Maşın” şouda finala son iki iştirakçı - Lalə Mustafayeva ilə Suna Kasımoğlu qalmışdı. Maraq üçün onu da əlavə edək ki, Kərim Abbasov "Maşın" şounun bu sürətində yarışmanı ilk tərk edən iştirakçı olmuşdu.

 


Digər xəbərlər

0.22555589675903