“Qarabağ”- APOEL oyununun hakimləri bəllidir

14:54 21-10-2019 | icon 3064
“Qarabağ”- APOEL oyununun hakimləri bəllidir

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - APOEL matçının hakimləri müəyyənləşib.

UEFA qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşü Filip Qlova idarə edəcək. Ona Frantişek Ferenç və Yan Pozor kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Peter Ziemba yerinə yetirəcək.

 

Hakimlərin işinə yunanıstanlı hakim-inspektor Mixalis Kukulakis qiymət verəcək. Matçda UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.

Qeyd edək ki, “Qarabağ” - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

0.22197198867798