Hacıbala Abutalıbov da vəzifəsindən azad edildi

20:10 21-10-2019 | icon 2911
Hacıbala Abutalıbov da vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Baş Nazirin daha bir müavinini işdən çıxarıb.

Dövlət başçısının sərəncamı ilə Baş Nazirin müavini Hacıbala Abutalıbov işdən azad edilib.

Xatırladaq ki, H, Abutalıbov 2001-ci ildə Bakı Şəhər İcra başçısı təyin olunmuşdu. 2018-ci ildə isə vəzifəsindən azad edilərək Baş Nazirin müavini təyin edilmişdi.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi müşavirədə hökumətdə ciddi islahatların aparılacağı ilə bağlı anonslar verilmişdi. Ölkə başçısı iqtidarda olan bəzilərinin islahatlara qarşı çıxdığını və həmin şəxslərin hər vəchlə görülən işlərə əngəl törətmək istədiyini qeyd etmişdi.


Digər xəbərlər

0.2393651008606