Mübarizi təhqir etməkdə ittiham olunan psixoloqa hökm oxundu
Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə ittiham edilən psixoloq Nərmin Şahmarzadə haqda məhkəmə qərarı verilib.
Bu barədə hüquqşünas Samirə Ağayeva məlumat yayıb. O, qeyd edib ki, Nərmin Şahmarzadə qısa son sözü ilə çıxış edib: “Son sözündə dedi ki, heç vaxt şəhid məsələsinə toxunmayıb, o, yalnız qəhrəmanlıq məsələsinə toxunub. Həmçinin qeyd etdi ki, Qarabağın sülh yolu ilə azad olunmasını, heç kimin ölməməsini arzulayır. Vəkili bildirdi ki, müdafiə etdiyi şəxsin statusunda təhqir yox, tənqid var və cinayət işinin xitam olunmasını xahiş etdi”.
20 dəqiqəlik müşavirədən sonra hakim Cavid Hüseyn hökmü elan edib. Hökmə görə, N.Şahmarzadə CM-nin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib 400 saat ictimai işlərinə məhkum edilib. CM-nin 147-ci (böhtan) maddəsilə bəraət verilib.
Xatırladaq ki, xüsusi ittihamçının nümayəndəsi Ramil Rüstəmov N. Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...