Bakıda məktəb həyətində göydələn tikilir? - Video

14:00 24-10-2019 | icon 2966
Bakıda məktəb həyətində göydələn tikilir? - Video

Bakıda orta məktəbə bitişik tikilən hündürmərtəbəli yaşayış binası tərəflər arasında mübahisəyə səbəb olub.

Nəsimi rayonunda yerləşən 54 saylı məktəbin direktoru Sahibə Abbasova bildirib ki, stadionun yaxınlığında bina tikilən zaman tədris ocağının həyətinə müdaxilə olunub:

“Binanın bir hissəsi, yəni tikinti işləri məktəbin həyətinə düşüb. Bununla bağlı rəsmi qurumlara müraciət etmişik. Hazırda məsələ araşdırılır”.

 

Tikintini həyata keçirən fərdi şəxs Asif Əsədov isə bütün müavfiq qurumlardan tikinti üçün icazə alındığını bildirib. O əlavə edib ki, tikinti zamanı məktəbin həyətyanı sahəsinə girməkləri ilə bağlı deyilənlər doğru deyil:

“Müvəqqəti olaraq işlər dayandırılıb, rəsmi qurumlar araşdırma aparacaq. Amma biz məktəbin həyətinə müdaxilə etməmişik”.

 

 




Digər xəbərlər

0.23508095741272