Bu şirkətlərdən ölkə rəhbərliyinə şikayət - Foto

14:46 24-10-2019 | icon 3196
Bu şirkətlərdən ölkə rəhbərliyinə şikayət - Foto

“Azenko” ASC-nin “İnşaat məmulatları” sexinin fəhlələri “Sumqayıt Texnologiyalar Parkı” MMC (STP)  və “Azenko” ASC barəsində şikayət ərizəsi yazıblar. 

Şikayətdə qeyd olunur ki, STP-də 2009-2010-cu illərdən bəri çalışmış Quluyev Qulu, Meybullayev Mahir, Mahmudov Yalçın, Kəlbiyev Yusif və Hacıyev Ramin 5 ildən artıq orda işlədikləri üçün onların əmək müqaviləsi müddətsiz hesab olunmuşdur. Daha sonra cari ilin avqust ayında rəhbərlik öz xahişləri ilə ərizə yazıb çıxacaqları halda, onlara “Azenko” MMC-də iş veriləcəyini, əks halda onlar işdən çıxarılacaqları barəsində xəbərdarlıq edilib. Lakin verilən söz tutulmayıb. “Azenko” qəbul etdiyi işçiləri 2 ay sonra müqavilələrinin uzadılmayacağı barəsində xəbərdarlıq edib. 

İşçilər STP-nin onları ələ saldığını və şikayət ediləcəklərinin bilmələrinə baxmayaraq, heç bir şeyə əhəmiyyət vermədiklərini bildiriblər. Fəhlələr ölkə Prezidentinə, Birinci vitse-prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə şikayət ərizəsi ilə müraciət ediblər. Onlar bu müraciətlə rəhbərliyin özbaşına və qanunsuz hərəkətlərinə qarşı tədbir görülməsi, əmək hüquqlarının bərpa olunması üçün göstəriş vermələrini xahiş ediblər.

 


Digər xəbərlər

0.26649618148804