5, 6, 7... – Sərnişinlər aldadılır?

14:50 24-10-2019 | icon 3096
5, 6, 7... – Sərnişinlər aldadılır?

Tez-tez şəhərdaxili marşrut üzrə sərnişindaşıma xidmətindən istifadə edən sərnişinlər bəzi avtobuslarda azyaşlı uşaqlar üçün gediş haqqında fərqli yanaşmaların olduğundan şikayətlənirlər. Bəzi marşrutlarda 5, 6, bəzilərində isə 7 yaşdan yuxarı uşaq üçün gediş haqqı tələb olunur.

Bu məsələ isə bəzi hallarda sərnişinlərlə sürücülər arasında mübahisə, hətta əlbəyaxa davaya gətirib çıxarır. Çünki fərqli “qiymət oxuyan” sürücüləri görən sərnişinlər isə aldadıldıqlarını hesab edirlər. Bəs qanunda necədir? Bu qiymət fərqinin səbəbi nədir?

Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirib ki, bununla bağlı agentliyə də şikayətlər olur:

“Mövcud qanunvericiliyə əsasən, 5 yaşlı uşaqlar gediş haqqından azaddırlar. Artıq 6 yaşlı uşaq ödəniş etməlidir. Konkret olaraq, 3-4 yaşlı uşağı ilə yol gedən valideynlər uşağa görə, gediş haqqı tələb edən sürücü ilə bağlı qanunda cəza yoxdur. Bu sadəcə istehlak hüuqunun pozulması kimi qiymətləndirilir və ona uyğun tədbirlər görülür. 

Amma bizə, Bakı Nəqliyyat Agentiyinə bununla bağlı müxtəlif vaxtlarda il ərzində 1-2 dəfə müraciətlər daxil olub. Müraciətə uyğun olraq, marşurut xəttinin planını həyata keçiən daşıyıcı dərhal agentliyə çağırılır və ondan izahat tələb olunur ki, hansı əsasla onun sürücüsü vətəndaşa qarşı belə bir hərəkət edib. Daşıyıcadan tələb olunur ki, daxili qaydada sürücü ilə bağlı müəyyən tədbirlər görsün, analoji hadisənin təkrarlanması ilə bağlı əlavə tədbirlər görülsün”.

Həmçinin məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı da “Yeni Sabah”a öz fikirlərini bildirib:

“Bilirsiz, bu qalıb daşıyıcı şirkətlərin ümidinə. Çünki Nazirlər Kabinetinin qərarı artıq qüvvədədir, yaş məhdudiyyəti açıq aşkar göstərilib. Qərarda hər hansısa dəyişiklik etmək üçün Nazirlər Kabinetinin müvafiq qərar qəbul etməsi lazımdır. Dəyişiklik olduqdan sonra artıq digər daşıyıcı şirkətlərdə məcburdurlar ki, buna əməl etsinlər. 

Bizdə ictimai nəqliyyatda qatar üçün başqa, təyyarə üçün başqa bir yaş senzi təyin olunub. Ona görə mən düşünürəm ki, vahid bir sistem tətbiq etmək olar. Deyək ki, təyyarə üçün olmasa da, ölkə daxili dəmir yollarında hərəkət üçün və s. üçün müəyyən güzəştlər tətbiq oluna bilər. Bakı şəhərində, Gəncə şəhərində, daxildə fəaliyyət göstərən ictimai nəqliyyat növləri bunların əksəriyyəti özəl şirkətlərə məxsusudur. Dövlət o şirkətlərə datasiya vermirsə, güzəşt etmirsə, bu bir az mümkünsüz görünür. Çünki şirkət baha qiymətə avtobusu alır, gömrükdə vergi rüsumları ödəyirlər. Əgər heç bir güzəşt olunmursa, dövlətin yükünü sahibkar çəkməlidir? Dövlət onlara kömək etməlidir. Belə olan təqdirdə nəinki azyaşlılar həmçinin, məktəblilərə də güzəştlər edə bilərlər”.(yenisabah)


Digər xəbərlər

0.29331302642822