“Rəşad bir səhvlə silinəsi futbolçu deyil”
“Futbolçularımdan razı qaldım. Mahir Emreli zədədən yeni qayıdıb deyə tam formasında deyil. Yaxşı qol imkanları yaratdıq. Bizdə qolları təkcə hücumçular yox, müdafiəçi və yarımmüdafiəçilər də vura bilir”
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.
"Qarabağ" bu gün UEFA Avropa Liqası çərçivəsində artıq cari mövsüm iki dəfə qarşılaşdığı APOEL ilə üz-üzə gəlib. Komanda yenə bu rəqibini Bakıda məğlub edə bilməyib - 2:2.
Qurban Qurbanov bu görüş barədə fikirlərini bildirib: "Nəticədən razıyam. Çünki ötən dəfə bu komandaya qarşı Bakıda yaxşı çıxış etsək də, sonda məğlub olmuşduq. Bu dəfə isə bir xal qazandıq. Hesabda geri düşəndə fasilədə futbolçulara dedim ki, bu oyunun ipini əldən vermək olmaz. Onlar da tapşırığıma əməl etdilər
Rəqib çox kobud oynayırdı. Biz də səfərdə aqressiv oynamalıyıq. İndi bu komanda beş müdafiəçi ilə oynayır. Arxa xətdə boşluq olmasa da, Kiprdə rəqibdə boşluq tapmalıyıq.
Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Yaxşı ki ilk qolda top Maksim Medvedevin kürəyinə dəyib girdi, Rəşadın yox. Yoxsa bunu da əldə bayraq tutacaqdılar. Məni də millidə olanda istefaya səsləyirdilər. Hamının fikrinə hörmətlə yanaşıram. Amma Rəşad Sadıqov bir səhvə görə hesabdan silinəsi futbolçu deyil".
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...