“Sevilya” “Düdelanj”ı darmadağın etdi - Video

01:35 25-10-2019 | icon 5397
“Sevilya” “Düdelanj”ı darmadağın etdi - Video

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

"Qarabağ"la eyni qrupda yer alan "Sevilya" doğma azarkeşləri önündə Lüksemburqun "Düdelanj" klubunu qəbul edib.

Qarşılaşma ispanların 3:0 hesablı qələbəsiylə başa çatıb. "Sevilya"nın qələbə qollarına Franko Vaskesin (2) və El Haddadi imza atıb.

 

Qeyd edək ki, 3 turdan sonra "Sevilya" 9 xalla A qrupunda liderdir. 4 xalı olan "Qarabağ" ikinci, 3 xalı olan "Düdelanj" isə üçüncüdür. 3 oyundan 1 xal toplayan APOEL isə sonuncu pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

0.22708606719971