“İsa Qəmbərin vaxtında pul verib mitinqə aparırdılar” - Əfran
Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Keşlə"də çıxış edən Əfran İsmayılov mitinqlə bağlı etdiyi paylaşım müzakirələrə səbəb olub.
"Keşlə" - "Qəbələ" matçından sonra jurnalistlərə açıqlama verən təcrübəli yarımmüdafiəçi məsələyə aydınlıq gətirib:
"O məsələ barədə çox danışmaq istəmirəm (gülür). Amma məni niyə qınayırlar? Mən dövlətin tərəfində olan adamam. Danmıram ki, başqa cürəm, fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəyirlər etməsinlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Demirəm ki, onlar çıxıb nəsə etməsinlər. Nə istəyirlər onu da etsinlər. Kim çıxır, kim çıxmır, mənə maraqlı deyil. Özləri bilərlər. Mənim dinim, şəriətim belə deyir. Sonra məni qınayırlar ki, Əfran belə deyir, belə yaşayır. Vallah, mən 15 il yataqxanada yaşamışam,. 20 kvadrat metrdə 5 nəfər qalırdıq. Onda da oturub ağlayardım da. Şikayət etsəm, onlardan çox edərəm. "Mitinq", "mitinq" deyirlər. O mitinqə mən də getmişəm. Necə getmişəm? İsa Qəmbərin vaxtında gəlib bizim məhəllədə pul verirdilər, yığıb aparırdılar. Elə şey var ki, adam çox danışmaq istəmir. O tərəfi qoyuram bir kənara, amma mən fakt bu biri tərəfdəyəm. İstəmirəm ki, sabitlik, mehribanlıq pozulsun. İstəmirəm ölkəmiz Suriyanın vəziyyətinə düşsün. Bir bomba düşsə, hamı pulu-imkanı qoyacaq kənara, canını düşünəcək. Sakit, rahat oturmuşuqsa, şükür etməliyik".
Qeyd edək ki, Əfran İsmayılov instaqramda paylaşım edərək dində mitinqin haram olduğunu bildirmişdi.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...