Sabah 25 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 29 oktyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 29-30-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...