Kardioloq və ginekoloqların bir araya gəldiyi məqam -Peripartum kardiomiopatiya mövzusunda elmi - praktik seminar keçirilib - VIDEO

14:17 28-10-2019 | icon 3899
Kardioloq və ginekoloqların bir araya gəldiyi məqam -Peripartum kardiomiopatiya mövzusunda elmi - praktik seminar keçirilib - VIDEO

25 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  akad.C.M Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutunda “Peripartum kardiomiopatiya”- hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair elmi-praktik seminar keçirilmişdir. Tədbirə Respublika Perinatal mərkəzinin direktoru və əməkdaşları, eləcə də respublikanın aparıcı kardioloq və ginekoloqları qatılmışdır. Eyni zamanda Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisivə əməkdaşları tədbirdə iştirak etmişdir.

 “Peripartum kardiomiopatiya”-hamiləliyin son 4 həftəsi və  hamiləlikdən sonraki5-ci aylar arasında inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir. PPKM hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər: başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir və əksər hallarda mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır, diaqnoz  qoyularkən isə artıq xəstəliyin son mərhələləri inkişaf etmiş olur. Hamilə qadınlarda kardioloqlar 1-ci sırada olmadığına görə onlar üçün ən təhlükəli xəstəlik hesab olunan Peripartum kardiomiopatiya diaqnozu 80% halda doğuşdan sonrakı 1-ci ay müddətində, hətta daha gec - 4-5-ci aylarda qoyulur.

Seminarın keçirilməsində məqsəd bu halların profilaktikası və xəstəliyin erkən diaqnostikası üçün yuxarıda göstərilən şikayətləri olduqda (Peripartum kardiomiopatiya nöqteyi nəzərindən şübhəli görünən) hamiləliyin son aylarında və hamiləlikdən sonra kardioloqun baxışı və  Exokardioqrafik müayinənin aparılmasının zəruri olduğunu hər kəsin nəzərinə çatdırmaq olmuşdur.  Tədbirə qatılan hər kəsə “Kardioloq və ginekoloqların bir araya gəldiyi məqam -Peripartum kardiomiopatiya” mövzusunda hamilə qadınlar və yaxınlarını maarifləndirici kitabçalar paylanmışdır. Bu mövzuda Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən hazırlanmış videorolik nümayiş etdirilmişdir.


Digər xəbərlər

0.28374004364014