“Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı
lkənin ən gənc mobil operatoru “Nar” Bakı Şəhər Halqası Əməliyyat Komitəsi (BŞH) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) birgə təşkil etdiyi karyera sərgisində iştirak edib. Artıq ikinci ildir ki, “Geniş imkanlara kiçik addımlarla” devizi ilə keçirilən sərgidə mobil operator hazırda mövcud olan vakansiyalarını təqdim edib. Otuzadək şirkətin də iştirak etdiyi sərgidə “Nar” stendinə maraq böyük olub. Gənclərin daha çox diqqətini çəkən isə müxtəlif departamentlərdə özünü sınamağa imkan verən yay təcrübə proqramları olub.
Karyera yarmarkasının keçirilməsində məqsəd gənclərin şəxsi inkişafına və onların uğurlu karyera qurmasına töhfə verməkdir. Eyni zamanda, ölkənin aparıcı şirkətlərində çalışan İnsan Resursları mütəxəssisləri ilə ünsiyyət gənclərə düzgün karyera istiqaməti seçməkdə kömək edir.
Qeyd edək ki, oktyabrın 30-da keçirilmiş sərgini 1000-dən çox gənc ziyarət edib.
Mobil operatorun həyata keçirdiyi digər layihələr haqqında daha ətraflı məlumatı “nar.az” internet səhifəsindən əldə etmək olar.
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...