Mehriban Əliyeva qazinin girovda olan mənzil problemini həll etdi - Video
“Mehriban xanıma həm öz adımdan, həm də Qarabağ müharibəsi əlilləri adından təşəkkürümü bildirirəm. Mənim evimi özümə qaytardığı üçün Mehriban xanıma dünyanın ən gözəl neməti olan cansağlığı arzu edirəm”.
Bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı müraciətində deyib.
Məlumata görə, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Qurban Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili Qurban Qurbanovun Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilin ölkə Prezidenti tərəfindən verildiyi nəzərə alınaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.
Eyni zamanda Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...