Göyçayın icra başçısının yaxın qohumu həbs edildi - Fotolar

20:09 02-11-2019 | icon 2798
Göyçayın icra başçısının yaxın qohumu həbs edildi - Fotolar

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohumu həbs edilib. 

Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri Cəbrayılov Səməd Surxay oğlu Göyçay rayon sakininin şikayəti əsasında saxlanılıb. S. Cəbrayılovun törətdiyi əməl subuta yetirildiyindən Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohum S,Cəbrayılov ötən ilə qədər Göyçayda Gənclər Mərkəzinin direktoru vəzifəsində işləyib. Rayonda sürdüyü bahalı maşınlara hər zaman diqqətdə olan Səməd Cəbrayılov barəsində tez tez sosıal şəbəkələrdə və saytlarda məlumat dərc olunurdu. Rayon sakinlərinin verdiyi məlumata görə, həbs edilən S.Cəbrayılov deputat Elxan Süleymanovun da qohumudu. 

 


 

Digər xəbərlər

0.25345921516418