Yol çəkərkən 3-cü dəfə eyni xətti zədələdilər - Foto

18:48 04-11-2019 | icon 3841
Yol çəkərkən 3-cü dəfə eyni xətti zədələdilər - Foto

Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər. 

Dünən anoloji hadisə 3-cü dəfə təkrarlanıb. 

 

Məlumat üçün bildirək ki, sözügedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub.

Şamaxı rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi eyni qaz xəttini bir gün ərzində 3 dəfə deşib. “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər. Dünən oxşar hadisə 3-cü dəfə təkrarlanıb. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunub və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunub. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib. Məlumat üçün bildirək ki, sözü gedən ərazidə qaz təchizatının dayandırılması Şamaxı rayonu üzrə 9 kənddə qazın verilişində fasiləyə səbəb olub. Təmir işləri aparıldıqdan sonra qazın saat 17 radələrində verilişinin bərpa edilməsi gözlənilir.

 

 

Digər xəbərlər

0.29089212417603