Salyan şəhərində “9 Noyabr Dövlət Bayrağı Gününə” həsr edilmiş Veloyürüş keçirilib
06 noyabr 2019-cu il tarixində Salyan şəhərində Salyan rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon Təşkilatı, Salyan rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “9 Noyabr Dövlət Bayrağı Gününə” həsr edilmiş Veloyürüş keçirilmişdir. Dövlət Bayrağı gününü qeyd etmək, sağlam həyat tərzinin təbliğ olunması və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən veloyürüşə Heydər Parkının qarşısından start verilmişdir. Yürüş iştirakçıları şəhər mərkəzi ilə hərəkət edərək Salyan dairəsini dövrə vurmuş və finiş xəttinə çatmışlar. Yürüş iştirakçılarını təcili tibbi yardım və yol patrulu xidmətinin əməkdaşları müşayiət etmişlər.
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...