“Qəbələ” “Səbail”ə, “Keşlə” “Neftçi”yə qarşı

15:14 09-11-2019 | icon 3365
“Qəbələ” “Səbail”ə, “Keşlə” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.

Ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Tura Qəbələdə start veriləcək. Burada şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. Bu komandaların ilk dövrədəki duelində qalib müəyyənləşməyib – 1:1.

Günün digər oyunu “Keşlə” ilə “Neftçi” arasında baş tutacaq. Bu komandalar da ilk dövrədə heç-heçəyə razılaşıblar – 0:0.

Turun qalan iki oyunu bazar gününə təsadüf edəcək. “Sabah” “Sumqayıt”ı, “Qarabağ” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
11-ci tur

9 noyabr

“Qəbələ” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu, 15:00.

“Keşlə” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov.
“ASCO Arena”, 17:00.


Digər xəbərlər

0.25892305374146