10-dan artıq kəndin sakinləri yolsuz qalıb - Saleh Məmmədovla bağlı Prezidentə MÜRACİƏT
Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova müraciət edib.
Müraciətdə sakinlər Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə təşəkkür etməklə yanaşı ciddi bir problemin də həll edilməsi üçün kömək göstərməyi xahiş edirlər.
“Cənab prezident, Bakı-Astara magistralı yenidən qurulandan sonra gediş-gəliş xeyli rahatlaşıb. Buna görə Sizə təşəkkür edirik. Amma hələ də bəzi problemlər qalmaqdadır. Biz yəqin bilirik ki, Sizin bundan xəbəriniz yoxdur. Məsələ burasındadır ki, Bakıdan Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri hələ də 200 kilometrlik rahat yoldan sonra mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək məcburiyyətindədirlər.
Səbəb odur ki, magistraldan Boradigah və 10-dan artıq kəndə gedən yol tamamilə dağılıb. Əvəzində əhali alternativ yollar olan Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.
Cənab prezident, Sizin bu günlərdə Saleh Məmmədova “dağılmış yollarla bağlı mənə həmən məlumat verin, aradan qaldıraq” göstərişiniz bizi daha da ümidləndirdi. Sizdən xahiş edirik, bizim yol problemimizlə bağlı operativ göstəriş verəsiniz.”
Sakinlər eyni zamanda Saleh Məmmədovdan da bu məsələni diqqətdə saxlamağı və problemlə bağlı Prezidenti məlumatlandırmağı xahiş ediblər.(yernisabah)
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...