SOCAR prezidenti şirkət rəhbərləri ilə görüşdü - Fotolar

13:20 11-11-2019 | icon 4034
SOCAR prezidenti şirkət rəhbərləri ilə görüşdü - Fotolar

Əbu-Dabidə dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı tədbirin işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.  

SOCAR prezidenti ilk öncə Çinin Milli Neft Şirkətinin (CNPC) prezidenti Vang Yilinlə görüşüb.

SOCAR prezidenti və CNPC rəhbəri əməkdaşlıq məsələlərini, faydalı tərəfdaşlığa dair gələcək perspektivləri müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib, əməkdaşlıq planlarından məmnunluq ifadə olunub.

Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi "Aramco"nun prezidenti Amin H.Nasserlə görüşündə mövcud layihələr diqqət mərkəzində olub. 

Şirkət rəhbərləri habelə gələcək planlar, ikitərəfli əməkdaşlıqla bağlı faydalı müzakirələr aparıblar. Qeyd edilib ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün bu cür görüşlərin keçirilməsi olduqca vacibdir. 

Rövnəq Abdullayev eləcə də Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne və BP prezidenti Bob Dudley arasında qarşılıqlı əməkdaşlığa dair işgüzar müzakirələr aparıb. Müzakirələrdə həmçinin gələcək planlar diqqət mərkəzində olub. 

Tərəflər əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə ediblər, görüşlərdə tərəfdaşlığın daha da genişləndirilməsi imkanların mövcudluğu vurğulanıb. Görüşdə gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.  

SOCAR prezidenti həmçinin BƏƏ-nin enerji və sənaye naziri Süheyl Məhəmməd əl-Məzrui ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, əməkdaşlığın yeni perspektivlərindən məmnunluq ifadə olunub. Söhbət zamanı neft-qaz, neft-kimya layihələr üzərində fikir mübadiləsi aparılıb.

Bundan başqa Rövnəq Abdullayev Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti ilə “LUKoil” arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 




Digər xəbərlər

0.24062204360962