İsrafilovun yerinə Elvin Camalov millidə
İspaniyanın "Albasete" klubundan Azərbaycan millisinə dəvət olunmuş Eddi Silvestr Paskual İsrafilov AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcək.
Milliləşdirilmiş futbolçunun əvəzinə millinin heyətinə "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov çağırılıb.
Eddi İsrafilovun milliyə dəvət olunması barədə prosedura uyğun qaydada "Albasete" klubuna göndərilmiş müraciət məktubu ilə bağlı texniki problem yarandığı üçün klub futbolçunun noyabrın 17-dən etibarən Azərbaycan milli komandasının düşərgəsinə qoşula biləcəyini bildirib.
Məsələ ilə bağlı AFFA FIFA-ya müvafiq qaydada məlumat verib.
İsrafilov millinin noyabrın 19-u səfərdə Slovakiya yığmasına qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...