Prezident Şirvana yeni icra başçısı təyin etdi

17:59 12-11-2019 | icon 3199
Prezident Şirvana yeni icra başçısı təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev İlqar Namaz oğlu Abbasovu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Dövlət başçısının digər sərəncamı ilə İ.N.Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov idi. O, mərhum Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. M.Camalov Zərdaba icra başçısı göndərilib. 

 


Digər xəbərlər

0.20921087265015