“Ulduz” və “Xalqlar Dostluğu”nun adları dəyişdiriləcək
"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. Bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib.
"Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib.
Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: "Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur".
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...