Yeni icra başçısı Ağdərədə güllə yarası alıb...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib.
Bu vəzifəyə təyinat alan Quliyev Rafiq Çəpərxan oğlu bundan əvvəl Xətai İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsində çalışıb.
O, 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb, müharibə veteranıdır.
Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb, Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Müxtəlif illərdə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, müfəttiş-inspektor, həmin şöbənin müdiri vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Başçının müavini, 2013-cü il dekabrından isə başçının 1-ci müavini kimi işləyib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədov 2018-ci ilin dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad edilmişdi. 11 ay idi ki, icra başçısı vəzifəsini müvəqqəti olaraq elə Rafiq Quliyev icra edirdi.
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...