Sanqaçal sakinlərinin problemləri dinlənildi

10:26 15-11-2019 | icon 3145
Sanqaçal sakinlərinin problemləri dinlənildi

Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.

Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra nümayəndələri və 70-dən çox qəsəbə sakini iştirak edib.

Sakinləri narahat edən bu və ya digər məsələlərlə bağlı sualları cavablandıran Süleyman Mikayılov, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu vurğulayıb.

Qəsəbə sakinlərindən 7 nəfəri fərdi qaydada dinlənilib.

Həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Digər xəbərlər

0.21647620201111