“Neftçi”də qvineyalı futbolçu

10:33 15-11-2019 | icon 3433
“Neftçi”də qvineyalı futbolçu

“Neftçi” baxışa yeni futbolçu dəvət edib. Bu, qvineyalı Yamussa Kamaradı. 

19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidi. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.


Digər xəbərlər

0.26007699966431