Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı
Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin birinci günündə idmançılarımız uğurla çıxış edərək bir qızıl, iki bürünc medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmizi qitə turnirində 50 kiloqram çəki dərəcəsində təmsil edən Nurlan Kərimli finalda italiyalı idmançı Pietro Andreinini məğlub edərək Avropa kubokunun qalibi olub. Komandamızın digər üzvləri Hüseyn Allahyarov (50 kq) və Aydın Rzayev (60 kq) bürünc medal əldə ediblər.
Azərbaycanın 7 cüdoçusunun qatıldığı Avropa kuboku yarışlarında 31 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Turnirə noyabrın 17-də yekun vurulacaq.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...