Tərtər İH Başçısı: "Ziya Mahmudov şəhid bulağı ətrafında çayxana tikmək istəyir"

19:37 17-11-2019 | icon 5204
Tərtər İH Başçısı:

"Ziya Mahmudov adlı sakinimiz şəhid övladıdır. Atasının adına küçə verilib, tunc baralyefi qoyulub."

Bu sözləri Azeripress.az-a açıqlamasında Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ziya Mahmudov adlı Tərtər sakininin onun haqqında çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlara münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Ziya Mahmudovun paylaşdığı görüntülərdə olan kommersiya obyektlərindən heç biri ona məxsus deyil. Obyektlər ayrı-ayrı iş adamları tərəfindən tam qanunauyğun formada tikilib və istifadəyə verilib.

"Ziya Mahmudov şəhidimizin övladıdır. Atasının adına küçə verilib, tunc baralyefi qoyulub.

Məsələ isə bundan ibarətdir ki, hələ 1999-cu il də bizdən əvvəlki rəhbərlik boş bir ərazini başqa bir sakinə fərdi ev tikintisi üçün şəhadətnamə ilə verib.

Sonradan həmin ərazidə şəhidlər bulağı salınıb. Ziya Mahmudov isə bulağın ətrafında park olmasına çalışır ki, orada çayxana tiksin.

Dediyim kimi isə həmin ərazi 1999-cu ildən başqa bir vətəndaşın xüsusi torpağıdır. Biz icra hakimiyyəti olaraq həmin vətəndaşı da dəvət edib ona başqa ərazidə torpaq təklif etsək də o, razılaşmadı. Bundan sonra Ziya Mahmudov bizə qarşı belə haqsız və çirkin kompaniya aparmağa başladı. Halbuki mən dəfələrlə onu da ərazinin məxsus olduğu şəxslə birlikdə  icra hakimiyyətinə dəvət etmişəm ki, gəlin danışaq, qarşılıqlı razılıq olsun, problemləri birlikdə müzakirə edək. O, isə gəlmir. Süni ajiotaj yaradır.

Dəfələrlə " Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri" ictimai birliyinin Tərtər rayon şöbəsinin sədri də ona bildirib ki, belə olmaz. Tərtərdə şəhid ailələrinə dövlət səviyyəsində bu qədər qayğı varkən belə haqsızlıq etmə. O isə heç kimə məhəl qoymadan bizə qarşı qarayaxma kompaniyası aparır. 

Bir məsələni də xüsusi qeyd edim ki, tv kanallardan biri ərazidə çəkiliş apardığı zaman kimlərsə məscidə girib oradan bulağa gələn suyu bağlayıb ki, bulağın baxımsız olduğu görüntüsü yaransın.

Bir daha qeyd edirəm ki, görüntülərdə olan həmin xidmət obyektlərinin mənimlə heç bir əlaqəsi yoxdur. Bütün bunlar Ziya Mahmudovun bulaq ətrafında çayxana tikməsi üçün bizə qarşı apardığı çox çirkin bir kompaniyadır."

 

 

 


Digər xəbərlər

0.26654195785522