Azərbaycan millisi Avropanın ən zəifləri arasında
AÇ-2020-nin seçmə mərhələsində 9-cu turun oyunları başa çatıb.
E qrupunda qərarlaşan Azərbaycan millisi 7-ci oyununda Uelsi qəbul edib və 0:2 hesabı ilə uduzub. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan 6 millidən biridir.
Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır. Andorra, Moldova, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar Azərbaycandan daha yaxşı göstəricilərə malikdir.
Qeyd edək ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 16 top buraxıb. Azərbaycan yığmasının son oyunu səfərdə Slovakiyaya qarşı olacaq.
Azərbaycan - 1 xal, 5:16
Litva - 1 xal, 5:25
Estoniya - 1 xal, 2:21
Cəbəllütariq - 0 xal, 2:25
Latviya - 0 xal, 2:28
San Marino - 0 xal, 1:46.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...