Bakıda iş adamının toyu oldu, qara geyim tələb etdi - Fotolar

10:30 20-11-2019 | icon 5078
Bakıda iş adamının toyu oldu, qara geyim tələb etdi - Fotolar

Dünən Bakıdakı məşhur otellərin birində iş adamı Hüseyn Əliyevin toyu olub. 

O, Səma Mirzə adlı xanımla ailə həyatı qurub. Toy maraqlı məqamlarla yadda qalıb. Belə ki, dəbdəbəli məclisdə “dress code” şərti qoyulub və hər kəsdən qara geyinməsi tələb olunub.  

Qonaqların çoxunun bir rəngli geyimdə qatıldığı məclisi müğənni Zamiq Hüseynov aparıb. Lakin gecənin əsas konsepti “Eurovision” olub. Buna səbəb toyda Azərbaycanı sözügedən müsabiqədə təmsil edən sənətçilərin səhnədə ard-arda çıxış etməsidir. 

 
 

Ötən gecə toyun səhnəsində Eldar Qasımov, Nigar Camal, Dilarə Kazımova, Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva (Dihaj), Aysel Məmmədova (Aisel) yer alıb.

Qeyd edək ki, H. Əliyev Bakıdakı məşhur aksesuar şirkətlərindən birinin rəhbəridir. 

Tədbirdən çəkilən görüntülər sosial şəbəkələrdə paylaşılıb:

 

 










Digər xəbərlər

0.21966314315796