Azərbaycanlı məşhurun evini əlindən aldılar – Nazirə müraciət etdi - Foto
“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb. Ssenarist apellasiya məhkəməsinə yenidən müraciət etsə də, qərara görə, onun mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib.
O, bu haqda sosial şəbəkədə iddiaçıların fotosunu yayaraq, onları “dələduz” adlandırıb:
“Mənim heç kimə dələduz demək hüququm yoxdur - bunu Fəlsəfə elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Həsənova Gülrux Sənhan qızına onun Xalası Həsənova Mehriban Hüseyin qızının iddiasından sonra, Apellyasiya Məhkəməsinin Hakimi Cəmilova Xəyalə Adil qızının qərarı deyir.
İş orasındadır ki, sən demə, mən 2013-cü ildə H.Gülruxdan aldığım evin (həmin evi də H.Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı H. Gülruxun adına alıb, alandan 3-il sonra H.Taleh dünyasını dəyişib, H.Taleh özü o evə gəlib getsə də onun həyat yoldaşı H.Mehriban heç vaxt orda olmayıb, yaşamayıb və onun adına da heç vaxt heç bir sənəd olmayıb, amma ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib) "kupçası" saxta imiş, və o saxta çıxarışa əsasəndə mənə çıxarış verilib, hətta bu belə olduğu halda axı mənim nə günahım var? Axı bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi, 6 ildən sonra Hakim Xəyalə Cəmilova Dövlətin adından mənə deyir ki, "Ay Müşviq, sən evi qaytar H.Gülruxun xalası H.Mehribana sonra özün get H.Gülruxdan pulunu istə".
H.Mehriban isə mənə telefonda dedi ki, “Mənim Prezident Apparatındakı bacım qızı ilə, Nazirlər Kabinetindəki bacım Azərbaycanda hər hakimin "ağzını yumar", havayı yerə vəkillərə pul xərcləmə. Yəni Hakim Xəyalə Cəmilovanın və Xala Mehriban Həsənovanın bu məntiqindən belə çıxır ki, Azərbaycanda kim istəsə Dövlət sənədlərini saxtalaşdırıb külli miqdarda (145 min dollar), dələduzduq edib pulu "atıb" həbs olunmaya bilər, azadlıqda qala bilər və hər ehtimala qarşı cənab Prezident İlham Əliyevin mülkiyyətin sənədləşməsi ilə bağlı dəfələrlə imzaladığı fərmanlara və sərəncamlara, Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə (Maddə 29. Mülkiyyət hüququ), Əmlak Komitəsinin verdiyi sənədə, Dövlət Notariusun təsdiqlədiyi müqaviləyə, heç vaxt güvənib ev almayın. Məhkəmənin qərarı ilə hər bir vətəndaşın, vicdanlı alıcının mülki hər an, hətta 6 ildən sonra, əlindən alına bilər. Belə çıxır ki, Azərbaycan vətəndaşları hər ehtimala qarşı mülkləri əllərindən alınmamış hər şeyi satıb kirayələrdə yaşamalıdırlar? Gedib başqa dövlətlərdə ev almalıdırlar? Əminəm ki, bu belə deyil, çünki biz hüquqi dövlətdə yaşayırıq.
Mən bununla bağlı Prezidentimizim Hüquq məsələləri üzrə köməkçisi cənab Fuad Ələsgərova, ədliyyə nazirimiz cənab Fikrət Məmmədova, Məhkəmə-Hüquq şurasına müraciətlər etmişəm.
Ümid edirəm, göydə Allahın, yerdə müraciət etdiyim insanların, və bu postu paylaşanların köməyi ilə noyabrın 25-i Ali Məhkəmədə işimizə baxacaq Hakim -Vəliyeva Elşanə Rafiq qızı vicdanlı və ədalətli qərar çıxaracaq.
Həsənova Mehriban Hüseyn qızı, Siz elə bilirsiniz ki, iradəli olaraq səadətə qovuşaraq nə isə əldə edəcəksiz? Yox, bilin ki, bacınız qızı Həsənova Gülrux Sənhan qızı sizin Taleyinizə yazılıb!"
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...