İlham Əliyevlə Putinin görüşü olacaq

12:55 23-11-2019 | icon 4163
İlham Əliyevlə Putinin görüşü olacaq

Rusiyanın dövlət başçısı Vladimir Putin Prezident İlham Əliyevlə görüşəcək.

Bu barədə Kreml rəhbəri Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə deyib. Putinin sözlərinə görə, görüş dekabrın 20-də baş tutacaq:

“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyik”.

 

Əliyeva da öz növbəsində İlham Əliyevin Putinə salamını söyləyərək “Azərbaycan Prezidentinin də sizə uyğun vaxtda ölkəmizə dəvətini çatdırıram” deyib.

Qeyd edək ki, dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinə daxil olmayan MDB ölkələrinin dövlət başçılarının iqtisadi birliyin qeyri-rəsmi sammitində görüşü keçiriləcək.  


Digər xəbərlər

0.26009798049927