Leyla Əliyeva gənclərlə bağlı görüşdə - Fotolar
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasına səfəri çərçivəsində Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev və “Vahid Rusiya” Partiyasının “Gənc Qvardiya” təşkilatı ilə ikitərəfli görüşlər keçirib.
Qurumlar arasında əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı, Rusiyada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, siyasi, mədəni həyatında daha yaxından və fəal iştirakı, onların Rusiya cəmiyyətinə inteqrasiyasının təmin edilməsi məsələləri görüşlərin əsas müzakirə mövzusu olub.
Görüşlərdə, həmçinin istedadlı və ictimai fəal gənclərin innovativ ideya və təşəbbüslərinin təşviqi, gənc sahibkarların işgüzar fəaliyyətinin, o cümlədən onların təklif etdikləri startap layihələrinin dəstəklənməsi, eyni zamanda, forumlar, sərgilər və digər kütləvi tədbirlərdə birgə iştirakın təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və onların intellektual potensialının artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi təklif olunub.
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...