“Azərbaycan Biznes Keys Yarışması”nın iştirakçıları “Azercell”də
Ölkədə nüfuzlu biznes müsabiqələri sırasında olan “Azərbaycan Biznes Keys Yarışması”nın bir qrup iştirakçısı Azercell-də təlimə qatılıb. Təlim sessiyası “Azercell Telekom” MMC-nin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları tərəfindən aparılıb. İnsan Kapitalının İdarə Edilməsi departamentinin İstedadların İdarə Edilməsi üzrə konsultantı Aytən Fərzəliyeva ölkənin lider mobil operatorunun fəaliyyəti və strukturu barədə tələbələri ətraflı şəkildə məlumatlandırıb.
İstedadların Cəlb Edilməsi və Professional İnkişaf şöbəsinin mütəxəssisi Vahida Orucova isə sessiya zamanı işə qəbul və seçim prosesi, əmək bazarında mövcud tendensiyalar və digər aktual mövzulara toxunub. Həmçinin görüşdə iştirakçıları maraqlandıran suallar ətrafında maraqlı diskussiyalar aparılıb.
İştirakçı komandalar yarışmaya dəstək olan sponsor şirkətlər tərəfindən biznesin təhlili, strategiyanın qurulması, təqdimat bacarığı və digər mövzularda təşkil edilən təlimlərə qatılacaq.
Qeyd edək ki, “Azərbaycan Biznes Keys Yarışması” ali təhsil ocaqlarının maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən yarışmadır.
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...
-
“Nar”ın “Dinlət” xidməti pulsuz oldu!
...
-
Yelo Bank” 5 nominasiyada qalib oldu!
...
-
“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafat alıb
...
-
“Yelo Bank” ilə xəyallarını bu bahar gerçəkləşdir!
...
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...