Parlamentin tarixi iclası başladı - Video
Milli Məclisin parlamentin buraxılması ilə bağlı iclası öz işinə başlayıb.
Iclasda millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edirlər.
Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasında deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs vermək tövsiyə olunub.
***
S. Novruzov YAP Siyasi Şurasının və YAP-çı deputatların prezidentə parlamentin buraxılması ilə bağlı müraciətini oxuyub.
***
Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi tərəflərini izah edib və bunu YAP-ın siyasi mədəniyyəti kimi qiymətləndirib.
***
Oqtay Əsədov bildirib ki, qərar layihəsi hazırlamaq üçün Redaksiya Heyəti yaradılmalıdır. O, deputatlardan Redaksiya Heyətinə Bahar Muradova, Əli Hüseynli, Sahibə Qafarova, Fəzail İbrahimli və Səməd Seyidovun daxil edildiyini bildirib.
***
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, YAP parlamentin buraxılması ilə doğru addım atıb və nüfuzunun güclü olan vaxtında belə bir təşəbbüslə çıxış edib : “Biz sağlam müxalifət olaraq növbədənkənar seçkiləri dəstəkləyirik. Çünki seçki müxalifət üçün də bir şansdır”.
G
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...