Balaca gimnastımız Mina Abbasova 1 ayda 4-cü medalını qazandı
29 noyabr-1 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində Bədii Gimnastika üzrə X ənənəvi beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib. Turnirlərdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya, İrlandiya və Azərbaycanın 21 klubundan 400-ə yaxın gimnast iştirak edib. Həmyerlimiz - artıq yalnız qələbələrinə adət etdiyimiz on yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinciliyi əldə edib və noyabr ayı ərzində 4-cü medalını - ümumilikdə isə 39-cu medalını (15 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.
Balaca Minadan başqa Azərbaycanı bu yarışlarda "Gym kids" klubu da təmsil edib. Öz uğurlu çıxışları ilə müxtəlif yaş qruplarından olan gimnastlarımız - Əlizadə Fatimə (2012), Aybəniz Qafarova (2014), Samirə Rzayeva (2014), Daniela Səfarova (2010) 1-ci yerlərə, Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Həşimova (2010) 2-ci yerlərə sahib olublar.
Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadığı ölkədə - Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya gələn Mina məhz "Gym kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının Macarıstanda qazandığı uğurlar Minanı hədsiz sevindirir.
Biz də sənin sevincinə qoşuluruq, Mina! Qoy, Azərbaycan adına qələbələr gətirən övladlarımız hər zaman çox olsun!
Uğurlar, Mina!
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...