“Bu azərbaycanlılara qarşı haqsızlıq olardı” - UEFA prezidenti
UEFA prezidenti Aleksandr Çeferin 2018/2019-cu illər mövsümündə Avropa Liqası finalının Bakıda keçirilməsi ilə bağlı İngiltərə mətbuatına danışıb. “Mirror” nəşrinə müsahibə verən qurum rəhbəri həlledici qarşılaşmanın Azərbaycanda baş tutmasının tam ədalətli qərar olduğunu bildirib:
“Finalda iki Azərbaycan komandası oynasaydı, bu matçın Londonda keçiriləcəyini desəydik, heç kim narazılıq etməzdi. Biz əvvəlcədən iki ingilis komandasının finalda oynayacağını bilmirdik. 1 ay əvvəl bu aydınlaşanda isə qarşılaşmanın yerini dəyişmək mümkün deyildi. Məsələn, “Zenit” Avropa Liqasında final oynamışdı. Həmin final Bakıda keçirilsəydi, onlar sevinəcəkdi. Yəni bu sonradan dəyişdirilə biləcək qərar deyil. Azərbaycanlı azarkeşlər də bu hadisədən xoşbəxt idilər. Bakının uzaq olduğu üçün bu finaldan azərbaycanlıları məhrum etmək ayrıseçkilik və haqsızlıq olardı. Dünyanın mərkəzi İngiltərədir?”.
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...