“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı - Video

20:15 04-12-2019 | icon 3109
“Azəriqaz” sakinlərdən qanunsuz pul yığan şəxsin görüntülərini yaydı - Video

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır.

Bu barədə “Azəriqaz”dan bildirilib. Qeyd olunub ki, hər abonentdən 10 manat tələb edilir: ““Azəriqaz” İstehsalat Birliyi olaraq bildiririk ki, əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir".

"Azəriqaz" həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini də yayıb. 

 

 

Digər xəbərlər

0.2335250377655