Eldar Əzizov Lökbatan sakinlərini dinlədi
Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində növbəti görüş Qaradağ rayonu Lökbatan qəsəbəsində təşkil edilib.
Görüşdə çıxış edən şəhər rəhbəri paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması “Abad məhəllə”lərin yaradılması barədə məlumat verib.
Yüzlərlə sakinin iştirakı və ənənəvi “Açıq mikrofon” formatında keçirilən görüşdə hər bir sakin öz irad və təkliflərini deməyə imkan tapıb, Eldar Əzizov və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aidiyyəti qurumların rəhbərləri sakinlərin müraciət və təkliflərini 3 saatdan çox vaxt ərzində ayaqüstə dinləyiblər.
"Şəhər rəhbərliyi İcra Hakimiyyətinin binası qarşısında piket keçirilməsinə icazə verdikdən sonra, dərs prossesinin pozulması və mərkəzdə tıxacların yaranması ilə bağlı daxil olmuş şikayətlərin sayı, piketə gələn iştirakşıların sayından dəfələrlə çox olub Aksiyada asayiş pozuntuları və təxtibat cəhdlərinə baxmayaraq Avropa ölkələrindəki müxtəlif aksiya və ixtişaşlar zamanı müşahidə etdiyimizdən fərqli olaraq polis çox korrekt və səliqəli davranış nümayiş etdiriblər".
Maraqlı dialoq formasında keçən görüşdə ümumilikdə 33 nəfər qəsəbə sakini çıxış edib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb. Bir sıra problemlər yerindəcə həll edilib.
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...