Millimizin oyunlarında da VAR olacaq
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VAR sistemi tətbiq olunacaq.
Bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. FIFA-nın da təsdiqləməsindən sonra yekun qərar çıxarılacaq.
Bu isə o deməkdir ki, yeni sistem ilk dəfə Azərbaycan millisinin rəsmi oyunlarında da işə düşəcək. VAR-dan AVRO-2020-nin pley-off matçlarında da istifadə olunacaq. Gələn il martın 26-da yarımfinal, martın 31-də isə final qarşılaşmaları oynanılacaq. Əvvəllər bu sistem böyük turnirlərin seçmə mərhələlərində tətbiq edilməyib.
VAR-ın sınaqdan çıxarılmasına dair qərar 2016-cı ildə verilib. Hazırda bu sistemdən Türkiyə, Rusiya, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa çempionatlarında, eləcə də Çempionlar Liqasında istifadə olunur.
2017-ci il Konfederasiyalar Kubokunda və 2018-ci il dünya çempionatında da VAR-dan yararlanıblar. DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...