Faiq Qarayev: "Bir neçə aydır voleyboldakı mikrobları yığışdırırıq"
"Bir neçə aydır voleyboldakı mikrobları yığışdırırıq".
Bunu Azərbaycan Voleybol Federasiyasının İ vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə deyib. O bildirib ki, hazırda heç bir əməkdaşa borc qalmayıb.
F.Qarayev Ziya Rəcəbova İndoneziyada çalışması üçün icazə verdiyini, digər yerli mütəxəssislərin Azərbaycan komandalarında çalışacaqlarını söyləyib.
Federasiya rəsmisi klublara 3-4 legioner gətirməyə icazə verdiklərini diqqətə çatdırıb. Qarayev legionerləri mənsub olduqları ölkənin milli federasiyalarının icazəsi olmadan milliləşdirməyəcəklərini söyləyib: "Üstəlik, həmin oyunçular öz istəkləri ilə Azərbaycan millisini seçməli, bu ölkəyə bağlanmalıdırlar. Klublarımız Cənubi Azərbaycandan kişi voleybolçular gətirmək istəyirlər. Mən isə İran Voleybol Federasiyası ilə razılaşdırdıqdan sonra onları gətirməyin mümkünlüyünü söyləmişəm".
Klubların federasiya tərəfindən ayrılmış 20-30 min manat büdcə ilə çempionata başlayacaqlarını deyən Qarayev məşqçilər arasında da sağlam rəqabətin başladığını diqqətə çatdırıb.
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...