Azərbaycan nefti ucuzlaşdı

14:53 12-12-2019 | icon 3682
Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 10-da 69,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.


Digər xəbərlər

0.23368811607361