“Nar”ın dəstəyilə “Bilik” kuboku uğrunda mübarizə davam edir
Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə keçirilən “Breyn Rinq” intellektual yarışlarında “Bilik” kuboku uğrunda mübarizə davam edir.
Yarışlarda respublikanın 15 bölgəsini və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir.
Xatırladaq ki, birinci yarımilin və ilk kubokun sahibi “Nar” komandası olub. Dekabrın 29-u İctimai Televiziyanın efirində yayımlanacaq “Breyn Rinq” yarışında “Bilik” kubokunun qalibi müəyyənləşəcək. Bundan sonra komandalar son oyunda Azərbaycan Çempionu adı uğrunda yarışacaqlar.
“Nar” ənənəvi olaraq “Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün də xüsusi müsabiqə keçirir. Mobil operatorun rəsmi “Facebook” səhifəsində keçirilən müsabiqədə son ayın qalibləri Abdulmahmud Bəkirzadə, Könül Mikayılova və Emin Əbdürəhmanov olub.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...