Qaradağda bayram tədbirləri keçirildi - Fotolar

19:28 28-12-2019 | icon 4843
Qaradağda bayram tədbirləri keçirildi - Fotolar

Dekabrın 28-də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Sahil qəsəbəsində yerləşən “Kristal” şadlıq evində bayram tədbiri keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Mikayılov tədbirdə iştirak edənləri və Qaradağ rayonunun bütün sakinlərini hər iki bayram münasibəti ilə təbrik edib.

İcra başçısı rayonda açılan yeni sənaye müəssisələri, yenidən qurulan yollar, qəsəbələrin abadlaşdırılması və digər görülən işlərdən danışıb.

Mixail Zabelin və Aydın Hüseynov da çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.

Daha sonra Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən 27 nəfərə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. Tədbir rayonda fəaliyyət göstərən 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, 28 nömrəli Musiqi məktəbinin şagirdlərinin və tanınmış müğənnilərin ifaları ilə davam edib.

 




Digər xəbərlər

0.24823498725891