2019-cu ilin ən yaxşı filmi açıqlandı
Cənubi Koreyalı rejissor Pon Çjun Xonun “Parazitlər” adlı ekran işi 2019-cu ilin ən yaxşı filmi seçilib. Bunu ABŞ Film Tənqidçilərinin Milli Komitəsi açıqlayıb.
“Parazitlər” “Ən yaxşı senari” nominasiyasında da qalib gəlib. Ən yaxşı rejissor “Kiçik qadınlar” filmi ilə Qreta Herviq olub. Ən yaxşı aktyor Antonio Banderas (“Ağrı və şöhrət”), ən yaxşı aktrisa Meri Key Pleys (“Diana”) seçilib.
Bred Pitt “Bir dəfə Hollivudda”kı roluna görən ən yaxşı ikinci plan aktyoru, Lora Dern isə “Nikah hekayəsi” və “Kiçik qadınlar”dakı rollarına görə ən yaxşı ikinci plan aktrisası olub.
Kler Matonun (“Alovdakı gənc qadının portreti”, “Atlantika”) operator işi ən yüksək qiymət alıb. Rrejissorlar Tamara Kotevska və Lübomir Stefanovun “Bal ölkəsi” isə 2019-cu ilin ən yaxşı sənədli filmi seçilib.
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...