“Qəbələ”dən ilk transfer

21:16 07-01-2020 | icon 2769
“Qəbələ”dən ilk transfer

2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini rəsmiləşdirib. “Qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandaya geri dönüb.

 

2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə klubumuzun əsas komandasında 2 oyun keçirib.


Digər xəbərlər

0.21969795227051