“YAP-ın bütün namizədləri qeydə alınıb”
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən 123 namizəd Dairə Seçki Komissiyalarında rəsmi qeydiyyata alınıblar. Yeni Azərbaycan Partiyası parlament seçkilərində partiya kimi iştirak etmək hüququ qazanıb".
Bunu Baş Nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov öz rəsmi feysbuk səhifəsində yazıb.
"Diqqət çəkən xüsusi məqam odur ki, seçki prosesində iştirak etmək məqsədi ilə DSK-lara müraciət edənlərin sayı 2000 nəfərdən artıqdır. Deməli, 9 fevral seçkilərinə böyük maraq var və çoxlu sayda namizədlərin irəli sürülməsi, qeydiyyata alınması seçki prosesinin tam demokratik mühitdə həyata keçirilməsindən xəbər verir. Reallıq radikal müxalifətin iddia və yalan təbliğatının əksini göstərir. Partiyamızın fevral ayının 9-da növbəti qələbə qazanacağına inanıram, namizədlərimizə uğurlar diləyirəm", - deyə Ə.Əhmədov bildirib.
-
Prezident Şirvan suvarma kanalının təməlini qoydu - Fotolar
...
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...