Azərbaycan Niderlanda qarşı

21:36 07-01-2020 | icon 3186
Azərbaycan Niderlanda qarşı

Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start veriləcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarında “köhnə qitə”ni təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığmanın iştirakı ilə baş tutacaq turnirin ilk günündə 3 matç keçiriləcək.

Niderlandın Apeldorn şəhərində təşkil olunan yarışda mübarizə aparan Azərbaycan yığması da ilk görüşünə çıxacaq. Vasif Talıbovun baş məşqçi kimi debüt görüşündə millimiz meydan sahibləri ilə qarşılaşacaq. Yığmamızın sabiq baş məşqçisi Covanni  Kapraranın rəhbərlik etdiyi “narıncılar” doğma divarlar arasında keçirilən turnirin favoritlərindən biri hesab edilir. Bu səbəbdən yığmamızın ilk matçdakı işi asan olmayacaq.

 

Qeyd edək ki, Azərbaycan və Niderland arasındakı son oyunda yığmamızın “sükanı arxası”nda olan C.Kaprara yetirmələrinin 0:3 hesablı məğlubiyyətinə üzülüb.

Qrup mərhələsi
B qrupu
7 yanvar

16:00. Almaniya - Türkiyə - 3:1(25:15, 21:25, 25:21, 25:21) 

A qrupu
7 yanvar

19:00. Polşa - Bolqarıstan
22:30. Azərbaycan - Niderland


Digər xəbərlər

0.19464993476868