Ərdoğan və Putindən birgə bəyanat

20:12 09-01-2020 | icon 5407
Ərdoğan və Putindən birgə bəyanat

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin ikinci görüşü baş tutub. “Türk axını” qaz boru kəmərinin açılış mərasimindən sonra dövlət başçıları yenidən bir araya gəlib.

Prezidentlər birgə bəyanatlarında ABŞ-ın İran generalı Qasım Süleymaniyə qarşı həyata keçirdiyi əməliyyatını Yaxın Şərq regionunda təhlükəsizlik və stabilliyi pozan addım kimi qiymətləndiriblər. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov məlumat verib.

 

Lavrov qeyd edib ki, ölkə liderləri Fars körfəzi və Yaxın Şərq regionlarındakı bütün problemləri yalnız sülh yolu ilə həll edəcəklərini qətiyyətlə bildiriblər.  


Digər xəbərlər

0.34321904182434